Haqqımızda

Haqqımızda

Şirkətimiz onkologiya sahəsində müasir dərman preparatlarının səhiyyə sisteminə təqdim edilməsi məqsədi ilə fəaliyyətə başlamışdır. Əsas prioritetimiz ən son elmi nailiyyətlərə və beynəlxalq müalicə protokollarına uyğun preparatları seçərək mütəxəssislərin istifadəsinə təqdim etmək və bu yolla pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir.

SmartPharma yalnız dərman vasitələrinin təminatçısı kimi deyil, eyni zamanda səhiyyə mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində bilik və təcrübə mübadiləsini təşviq edən etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. Bu istiqamətdə yeniliklərin müzakirəsi, dəyirmi masaların və elmi konfransların təşkili vasitəsilə onkologiya sahəsində davamlı inkişafın dəstəklənməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir.

Şirkətimiz fəaliyyətini peşəkarlıq, innovasiya, etibarlılıq, keyfiyyət və pasiyent yönümlülük prinsipləri əsasında qurur. Gələcək fəaliyyətimizdə məqsədimiz bu prinsiplərə sadiq qalaraq səhiyyə sisteminə davamlı dəyər qatmaq, daima yenilikləri araşdırmaq və etibarlı tərəfdaş kimi mövqeyimizi möhkəmləndirməkdir.

Hörmətlə,
Direktor Turan Məmmədov

Smart Pharma haqqında

Missiyamız

Əsas məqsədimiz, onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətlərə və müasir protokollara əsaslanan innovativ və yüksək effektiv dərman vasitələrini ölkəyə gətirərək müasir müalicə imkanlarını genişləndirmək, səhiyyə sisteminə dəyər qatmaq və pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir.

Vizyonumuz

Əsas hədəfimiz, regionda onkologiya sahəsində müasir müalicə standartlarının tətbiqinə töhfə verən və innovativ dərman həlləri ilə seçilən aparıcı, referans şirkət olmaqdır.

Dəyərlərimiz

  • Peşəkarlıq
  • İnnovasiya
  • Etibarlılıq
  • Keyfiyyət
  • Pasiyent yönümlülük