“Ağıllı Dərman” Nədir?

Müasir tibbdə son illərdə ən çox diqqət çəkən anlayışlardan biri də “ağıllı dərman” texnologiyasıdır. Xüsusilə onkologiya sahəsində istifadə olunan bu müasir müalicə yanaşması xəstəliyə daha dəqiq, daha məqsədyönlü və fərdiləşdirilmiş şəkildə müdaxilə etməyə imkan yaradır. “Ağıllı dərman” ifadəsi əsasən target terapiya və bəzi immunoterapiya üsulları üçün istifadə olunur. Bu müalicələr klassik üsullardan fərqli olaraq birbaşa xəstəliyin mənbəyini hədəfləməyə çalışır.
“Ağıllı dərman” nə deməkdir?
Ağıllı dərmanlar xərçəng hüceyrələrinin xüsusiyyətlərini tanıyaraq yalnız həmin hüceyrələrə təsir göstərən müasir preparatlardır. Bu dərmanlar xəstəliyin yaranmasına və inkişafına səbəb olan molekulyar dəyişiklikləri hədəf alır. Ənənəvi kimyaterapiyada dərmanlar həm xərçəng, həm də sağlam hüceyrələrə təsir göstərə bildiyi halda, ağıllı dərmanlar daha seçici təsir mexanizminə malikdir. Bu səbəbdən müasir onkologiyada ağıllı dərmanlar daha dəqiq müalicə yanaşması kimi qiymətləndirilir.Ağıllı dərmanlar necə işləyir?
Xərçəng hüceyrələri normal hüceyrələrdən fərqli olaraq müəyyən genetik və molekulyar dəyişikliklərə malik olur. Ağıllı dərmanlar məhz bu dəyişiklikləri müəyyən edərək onların fəaliyyətini bloklayır.Ağıllı dərmanların üstünlükləri
-Ağıllı dərmanlar xəstəliyin spesifik xüsusiyyətlərini hədəflədiyi üçün müalicə daha dəqiq şəkildə aparılır.-Bu müalicə üsulu sağlam toxumaları maksimum dərəcədə qorumağa çalışır. Bu isə bəzi yan təsirlərin daha az olmasına səbəb ola bilər.
-Hər xəstənin xəstəliyi fərqli xüsusiyyət daşıdığı üçün müalicə planı da fərdi şəkildə hazırlanır.
-Bir çox hallarda xəstələr gündəlik həyat fəaliyyətlərini daha rahat davam etdirə bilir və müalicə prosesi daha komfortlu keçir.
Ağıllı dərmanlar hansı xəstəliklərdə istifadə olunur?
Bu müalicə üsulu bir çox onkoloji xəstəlikdə tətbiq olunur:- · Ağciyər xərçəngi
- · Süd vəzi xərçəngi
- · Yoğun bağırsaq xərçəngi
- · Melanoma
- · Böyrək xərçəngi
- · Bəzi qan xəstəlikləri və leykozlar
Ağıllı dərman kimyaterapiyanı əvəz edir?
Bəzi hallarda ağıllı dərmanlar təkbaşına istifadə olunsa da, bir çox xəstədə kimyaterapiya, radioterapiya və ya immunoterapiya ilə birlikdə tətbiq olunur. Məqsəd xəstəyə ən uyğun və ən effektiv müalicə planını hazırlamaqdır.